AQRAR SAHƏDƏ ƏMƏYİN MÜHAFİZƏSİ
28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Birliyi tərəfindən geniş konfrans şəkilində qeyd edilmişdir. Konfrans iki panel formatında kecirilmişdir.
- Panel – Əməyinin mühafizəsi sahəsində müasir çağırışlar
- Panel – Aqrar sahədə əməyin mühafizəsi,
Azərbaycan Respublikasının Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, ”P-Aqro”MMC Biləsuvar filialı, “Aqrar Tədarük və Təchizat”ASC, Qax İpəkçilik Damazlıq Stansiyası və “Aqroservis”ASC Fəxri Diplomlarla Təltif edilmişdirlər.
Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyinin, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir.
Əməyin mühafizəsi, işçi insanın həyat və sağlamlığının qorunması iqtisadi əhəmiyyəti ilə yanaşı, ilk növbədə sosial baxımdan xüsusi aktuallıq kəsb edən məsələdir. Xüsusən bu gün Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində məhz insan faktorunun, hər bir vətəndaşın layiqli yaşayış və layiqli iş yeri ilə təmin olunması prinsipinin dayanması işçi insan amilinin, onun həyat və sağlamlığının mühafizəsinin də ön plana çıxmasını şərtləndirir. Yəni ölkədə aparılan siyasət işçinin iş prosesində həyat və sağlamlığının qorunması amilinin onun çalışdığı müəssisənin iqtisadi mənafeyindən üstün tutulmasını nəzərdə tutur.
Öz işçilərinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməsinə diqqət yetirmək hər bir işəgötürən üçün qanuni öhdəlikdən əvvəl, ilk növbədə mənəvi borcdur. İqtisadiyyatın aparıcı qüvvəsi işçi insandır və işçi insanın həyatına, sağlamlığına qarşı diqqət, qayğı nəticə etibarilə iqtisadiyyatın özünə, onun inkişafına dəstək deməkdir.
Bu prinsipi əsas götürərək Baytarlıq Elmi-Tədqiqat İnstitutunda mütəmadi olaraq əməyin mühafizısi üzrə tədbirlər görülür:
Baytarlıq Elmi-Tədqiqat İnsitutunda və onun nəzdindəki Baytarlıq Klinikasında işlərin təhlükəsiz icrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədi ilə tərəfimizdən bundan sonra da əmək mühafizəsinin normaları və qaydalarına ciddi əməl olunacaqdır.
Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru,
aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent
|
Sialə Rüstəmova
|