MEDİA

XƏBƏRLƏR

Akademik M.Q.Qəniyev - 115 il

Akademik M.Q.Qəniyev - 115 il (9.5.1907, Şamaxı – 24.05.1979, Bakı) – Azərbaycan mikrobioloqu və epizootoloq. Azərbaycan SSR EA akademiki. (1962), Azərbaycan SSR əməkdar elm xadimi (1958). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mikrobiologiya kafedrasının dosenti və müdiri (1932-59), Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru (1943-47), direktor müavini (1947-55), 1955-70 illərdə həmin stansiyasının əsasında yaradılmış institutun direktoru, zoologiya institutunda mikrobiologiya bölməsinin müdiri (1970-71), 1971 ildən həmin bölmənin böyük elmi işçisi- məsləhətçisi olmuşdur. Qəniyevin qaramal və xüsusən camış pasterellyozuna qarşı hazırladığı yarımmaye formolvaksin və yarımmaye alüminium-hidroksidli formolvaksin (S. Mirzəzadə ilə birlikdə) bir sıra ölkələrdə işlədilir. Kənd təsərrüfatı heyvanları üçün təhlükəli listeriyoza qarşı vaksin (Ә. Әnnağıyev ilə birlikdə) təklif etmişdir. Qəniyev heyvanların parazit xəstəliklərinə dair Asiya ölkələrinin 4-cü Beynəlxalq regional konfransında (Alma-Ata, 1958), 9-cu Beynəlxalq mikrobioloqlar konqresində (Moskva, 1966) məruzə etmişdir. ASE elmi redaksiya şurasının üzvü olmuşdur (1976). 2 Qırmızı Әmək Bayrağı ordeni, 2 Şərəf nişanı ordeni, XTNS-nin 2 qızıl medalı ilə təltif edilmişdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: