Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirildi.
Özəl fermer təsərrüfatlarının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini fermerlərə nümayiş etdirdilər.
Zaqatalada keçirilən Aqrar İnnovasiya Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutununda çap olunmuş yeni buklet və tövsiyyələr, iri və xırdabuynuzlu heyvanların müalicəsinə görə bukletlər, quş xəstəliklərinə, balıq və arı xəstəliklərinə aid bukletlər, “Forel balıqlarının furunulyoz xəstəliyinə qarşı yeni mübarizə tədbirləri”, “Qızılbalıqkimilərin akantosefayozuna qarşı yeni müalicə və profilaktikası”, “Xırdabuynuzluların ektoparazitlərinə qarşı innovativ profilaktika tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri” adlı tövsiyyələr, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydalarına dair” və “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikasına dair” təlimatlar nümayiş etdirildi.
Bundan başqa Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-tenalogiyasına əsaslanaraq yem əlavələri nümayiş edildi.