MEDİA

XƏBƏRLƏR

BETİ-də yeni sınaqlar aparılır

Baytarlıq Elmi Tədqiqat İnstitutunda Baytarlıq Preparatlarının istehsalının təşkili və tətbiqi məqsədilə institutun direktor müavini baytarlıq üzrə fəlsəfə doktoru, dosent İltifat Hacıyevin rəhbərliyi altında yeni doğulmuş buzovlar arasında müşahidə edilən koronavirus, rotavirus və kolibakterioz xəstəlikləri əleyhinə IgY texnologiyaları əsasında hazırlanmış spesifik immunoqlobulin tərkibli yem əlavəsi kimi istifadə olunan yumurta melanjı sınaqdan keçirilir. Belə ki, əldə edilən yumurta melanjı laboratoriya heyvanları üzərində sınaqdan keçirilmiş və müsbət nəticələr əldə edilmişdir. Rotavirus infeksiyası ilə ağır xəstə olan 5 baş buzov üzərində aparılan sınaqlar digər terapevtik müalicə vasitələrindən minimal istifadə etməklə tez sağalmağa imkan vermişdir. İmmunoqlobulinlər və yumurta melanjı 15 günlük 3 baş kolibakteriozlu buzovda yüksək effektivlik göstərmişdir. Hazırda, rotavirus, koronavirus və eşerixioz infeksiyalarına görə qeyri-sağlam olan fermada 50 baş yeni doğulmuş buzovlarda yumurta melanjının profilaktik təsiri yoxlanılmış və müsbət nəticə əldə edildiyi üçün müxtəlif yaş qrupuna aid olan daha 50 baş buzovlarda tətbiq etdirilməsi davam etdirilir. Buzovlar arasında müşahidə edilən xəstəliklərə qarşı xüsusi olaraq hazırlanmış (IgY texnologiya) yumurta melanjının AQTA-da qeydiyyatdan keçirildikdən sonra, yem əlavəsi kimi istehsal edilməsi nəzərdə tutulmuşdur

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: