MEDİA

XƏBƏRLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Gürcüstan Dövlət Kənd Təsərrüfatı Laboratoriyası (LEPL), Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında Birgə Fəaliyyət Planı imzalanıb.

18  oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Gürcüstan Dövlət Kənd Təsərrüfatı   Laboratoriyası (LEPL), Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi   arasında Birgə Fəaliyyət Planı  imzalanıb.

 

19 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Gürcüstan LEPL Kənd Təsərrüfatı Laboratoriyasının direktoru İrakli Quledani, rəis müavini Vasili Basiladze və digər nümayəndə heyəti ilə görüş təşkil olunmuşdur.  Tədbirdə BETİ_nin direktoru, aqrar.ü.f.d., dosent Sialə Rüstəmova İnstitutun tarixi və son elmi nailiyyətlərlə bağlı qonaqlara təqdimatında ətraflı məlumat Verdi və institutun laboratoriyasında istehsal edilmiş baytarlıq preparatları və diaqnostikaumlar nümayiş etdirildi.

Direktor müavini, bayt.ü.f.d., dosent İltifat Hacıyev institutumuzun laboratoriyasında hazırlanmış “Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının” Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi haqqında geniş məlumat vermişdir. Bundan başqa BETİ-də istehsal edilmiş brusellyozun diaqnostikası üçün Antigen testi, Roz-Benqal diaqnostikumu haqqında ətraflı məlumat verdi. Davamı olaraq  3-cü Səviyyəli Biotəhlükəsizlik Laboratoriyasının müdiri aqrar.ü.f.d., dosent Şəlalə Zeynalova laboratoriyamızda istehsal edilmiş “Quş qripi və  BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəstlər haqqında da məlumatlar verdi və məhsulları nümayiş etdirdi.

Daha sonra qonaqlar iş prinsipi ilə tanış olmaq məqsədilə BETİ-nin laboratoriyalarına və Baytarlıq Klinikasına baxış keçirdilər. Qonaqlar Parazitologiya, Yoluxmayan xəstəliklər və baytarlıq sanitariyası, Balıq və Arı xəstəlikəri, Baytarlıq preparatlarının istehsalının təşkili və tədbiqi, Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri Laboratoriyalarında  oldular. Gürcüstandan olan nümayəndə heyəti Elmi-Tədqiqat istehsal və diqnostik   laboratoriyaya baxdıqdan sonra əməkdaşlıq sahələri haqqında təkliflər verildi.

Nümayəndə heyəti İnstitutumuzun kitabxanasına da baxış etdilər  və çap olunmuş yeni buklet və tövsiyyələr, iri və xırdabuynuzlu heyvanların müalicəsinə görə bukletlər, quş xəstəliklərinə, balıq və arı xəstəliklərinə aid bukletlər, “Forel balıqlarının furunulyoz xəstəliyinə qarşı yeni mübarizə tədbirləri”, “Qızılbalıqkimilərin akantosefayozuna qarşı yeni müalicə və profilaktikası”,  “Xırdabuynuzluların ektoparazitlərinə qarşı innovativ profilaktika tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri” adlı tövsiyyələr, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydalarına dair” və “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikasına dair” təlimatlarla tanış oldular.

         Həmçinin görüşdə ölkələr arasında təcrübə mübadiləsi, səriştəlilik sınaqlarının aparılması, davamlı tərəfdaşlıq  əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində  müzakirələr aparıldı.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: