MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ağır itgi üz vermişdir

Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ağır itgi üz vermişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq preparatlarının istehsalının təşkili və tədbiqi şöbəsinin baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Yusifov Avtandil Hüseyn oğlu ömrünün 85-ci ilində vəfat etmişdir.

 

Avtandil Hüseyn oğlu Yusifov

 

      Yusifov Avtandil Hüseyn oğlu 1938-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1944-cü ildə Qazax şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1954-cü ildə həmin məktəbi bitirmişdir.

          1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan  Dövlət Aqrar Universitetinin  Baytarlıq fakultəsinə daxil olmuş, 1960-cı ildə oranı bitirərək baytar həkimi ixtisası almışdır.

1960-62-ci illərdə Ağstafa rayonlar arası  baytarlıq-bakterioloji laboratoriyasında epizootik baytar həkimi və Qazax rayonu Baytarlıq müalicəxanasında baytar həkimi işləmişdir.  

1962-63-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun (AzETBİ) Helmintologiya şöbəsində kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur.                                                                                           1963-cü  ildən 1966-cı ilədək Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariya İnstitutunda aspiranturada oxumuşdur. 1966-cı ildə  “Sağım maşınlarının və süd qablarının birdəfəlik yuma və dezinfeksiyası üçün yeni üsulların axtarılması” mövzusunda  namizədlik dissertasiyası müdafiə edərək baytarlıq elmləri namizədi alimlik dərəcəsini almışdır.

1966-1987-ci illərdə AzETBİ-də kiçik elmi işçidən  laboratoriya müdiri vəzifələrinə qədər yüksəlmişdir.  1987-1988-ci illərdə Əfqanistan  Respublikasının Məzari-Şərif şəhərinin baytarlıq  laboratoriyasında həkim-bakterioloq  kimi fəliyyət göstərmişdir.

1988-1989-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İntitutunda Bruselyoz və vərəm xəstəliklərini öyrənən laboratoriyasında  aparıcı elmi işçi vəzifəsində işləyib.  Yusifov Avtandil Hüseyin oğlu 1989-1993-cü illər ərzində  Abşeron zonal baytar- sanitar dezinfeksiya dəstəsində rəis, 1993-cü ildən  Bakı şəhər heyvan xəstəlikləri ilə   mübarizə stansiyasında karantin izolyatorunun müdiri vəzifəsini icra etmişdir. 

1993-1995-ci illərdə AzETBİ-nin Bruselyoz və vərəm xəstəliklərini öyrənən laboratoriyasında müdir vəzifəsində işləmişdir. 1995-1996-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı  Akademiyasının Qazax filialında  dosent əvəzi vəzifəsini icra etmişdir. 1996-cı ildən 2009-cu ilə kimi BETİ-nin Yeni   baytarlıq   preparatları laboratoriyasında aparıcı elmi işçi, 2009-2021-ci illərdə isə həmin  laboratotiyanın müdiri vəzifəsində çalışmışdır. 2013-cü ildə “Neftkimya  məhsullarının antimikrob xassəli, bakteriyalara təsir mexanizmi və onların baytarlıq dezinfeksiyasında işlədilməsi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2021-2023-cü illərdə Baytarlıq preparatlarının istehsalının  təşkili  və tədbiqi  şöbəsinin    baş elmi işçi  vəzifəsində çalışmışdır.

A.H.Yusifovun respublikamızda və xaricdə nəşr olunan beynəlxalq elmi jurnallarda 80-dən çox məqaləsi nəşr edilmişdir. O, apardığı elmi tədqiqat işləri ilə əlaqədar olaraq 4 müəlliflik şəhadətnaməsi almış, 2 kitab, 5 tövsiyə və bir neçə monoqrafiyası işıq üzü görmüşdür.  Onun tədqiqatlarının   nəticələri bir çox beynəlxalq konfranslarda nümayiş edilmiş və yüksək reytinqli xarici elmi jurnallarda çap olunmuşdur. A.Yusifov ölkənin elmi və ictimai sahələrində fəal iştirak etmiş, müharibə və əmək veteranıdır, Əfqanistan Respublikası “Saur inqilabının ildönümü” medalı ilə təltif olunmuşdur.  O, uzun müddət  BETİ-nin və  AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində olan müdafiə şurasının daimi üzvü olmuşdur.  Avtandil müəllimin  hamıya qayğıkeşliklə yanaşması, gənc alimlərə daim dayaq olması ona institutun alimləri və əməkdaşları arasında böyük hörmət qazandırmışdır.

Avtandil müəllim apardığı elmi tədqiqat işlərində aldığı yüksək nəticələrə görə Kənd Təsərrüfatı Nazırliyinin və digər qurumların mükafat və təşəkkürnamələri ilə təltif edilmişdir.

         Avtandil müəllim zəhmətkeş alim, gözəl insan  olmaqla yanaşı, həm də qayğıkeş  ata və baba olmuşdur. Onun 2 övladı və 4 nəvəsi vardır.

          Avtandil Hüseyn oğlu Yusifova Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı veririk.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: