MEDİA

XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən İsmayıllı Dövlət Aqrar İnnovasiya Mərkəzinin “Heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsi” -nin baytarlıq laboratoriyasında gənc baytar həkimlərinə təlimlər keçirildi.

 

        Kənd Təsərrüfatı Nazirliyi  yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən İsmayıllı Dövlət Aqrar İnnovasiya Mərkəzinin “Heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsi”-nin baytarlıq laboratoriyasında gənc baytar həkimlərinə təlimlər  keçirildi. Bu məqsədlə həmin rayonun heyvandarlıq təsərrüfatlarında iribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinə dair kliniki və parazitoloji müayinələr aparılan zaman Qüşencə, Kürdmaşı və Talışlar kəndinin fədi heyvandarlıq təsərrüfatlarında 7 baş heyvanda yüksək hərarət (40,7-41,3) aşkarlandı. Xəstə heyvanlarda quru öskürək və linfa düyünlərinin şişməsini nəzərə alaraq teylerioz diaqnozu qoyuldu. Diaqnozu dəqiqləşdirmək üçün xəstə heyvanlardan müalicə aparmazdan əvvəl periferik qan və punksiya (orqan və toxumaların troakarla deşilməsi) yolu ilə yaxmaların hazırlanması və həmin heyvanlar üzərindən toplanmış gənələrin müayinə edilməsi üçün rayonun “Heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsi”-nin laboratoriyasına gətirildi. Laboratoriyada qan-parazitar xəstəliklərinin törədicilərini aşkar etmək məqsədilə  7 baş xəstə iribuynuzlu heyvanın  periferik qanından və linfa düyünlərindən hazırlanmış yaxmalar  mikroskopik müayinədən keçirildi. Müayinə zamanı xəstə heyvanların qanında teyleriozun törədicisi  (Th.annulata) və Anaplazmozun törədicisi  (A. Marginale) aşkar edildi. Həmçinin xəstə heyvanın şişmiş linfa düyünlərindən hazırlanmış yaxmalar mikroskopiya edilərkən Th. Annulata-nın müxtəlif inkişaf formaları eritrositin daxilində və eritrositdən kənarda müşahidə edildi. Bu da onu göstərir ki, parazitin inkişafı (çoxalması) heyvanın daxili orqanlarından əlavə linfa düyünlərində də gedir.

         İribuynuzlu xəstə heyvanlardan toplanmış gənələrin növü təyin olundu və həmin gənələrin Hyalomma plumbeum növü olması aşkar edildi.  İribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin müalicəsində 2 parazitotrop preparatın eyni vaxtda birgə işlədilməsi müsbət nəticə vermişdir. Bunu nəzərə alaraq teyleryozun müalicəsində Bupartek+Minor birgə istifadə edildi. Hər iki preparat heyvanın 100 kq diri çəkisinə 5 ml boyun və yan hissədən əzələ daxilinə inyeksiya edildi. Bundan əlavə xəstəliyin gedişatı zamanı əmələ gələn toksinləri qandan təmizləmək üçün vena daxlinə 5%-li 200 ml qlükoza yeridildi. Həmçinin xəstə heyvanların qanında eritrositlərin fəaliyətini artırmaq məqsədi ilə Butacom-B12 (vitamin mineral) 12 ml boyun əzələsinə inyeksiya edildi. Xəstə heyvanlarda parazitlərin lokalizasiya etdikləri daxili orqanlarda ertrosidlərin parçalanması nəticəsində əmələ gələn iltihabların aradan qaldırılması üçün oksitetrasklin-1kq diri çəkiyə 2000-5000 vahid olmaqla əzələ daxilinə inyeksiyası  edildi.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: