MEDİA

XƏBƏRLƏR

PARAZİTOLOGİYA ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI QƏBƏLƏNİN NİC QƏSƏBƏSİNDƏ HEYVANDARLIQ TƏSƏRRÜFATLARINDA

            Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri Aygün Əzizova, şöbənin baş elmi işçisi Mahir Nəsibov və böyük elmi işçisi Gülər Məmmədova Qəbələ rayonu Nic qəsəbəsində iri və xırdabuynuzlu heyvandarlıq və donuzçuluq təsərrüfatlarında parazitar xəstəliklərə görə monitorinq keçirmişlər.  Qan-parazitar xəstəliklərinə görə heyvanlara kliniki baxış zamanı qızdırmalı heyvan aşkar edilməmiş, kənd təsərrüfatı heyvanlarında az intensivliklə gənələrlə, donuzlarda bitlərlə yoluxma (donuzlara pedikulyoz xəstəliyini keçirirlər) halları qeyd edilmişdir. Gənələr və bitlər toplanılaraq növ tərkibinin təyini və onlarda olan xəstəlik törədicilərini müəyyən etmək üçün Parazitologiya şöbəsinin laboratoriyasına gətirilmişdir. Həmçinin, heyvanlarda helmintoz və ibtidai bağırsaq parazitlərinin törətdiyi xəstəlikləri (izosporoz, eymerioz, kriptosporidioz) aşkar etmək üçün koproloji nümunələr toplanılmışdır. Bitlərlə intensiv yoluxmuş donuzları insektisidlərlə təmizlənməsi  tövsiyə olundu. Helmintoz və protozoozlara qarşı anthelmint və antparazitar preparatların mərhələli müalicə sxemi təklif edildi.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: