Koronaviruslar 1960-cı ildə kəşf edilib ilk dəfə toyuqlarda infeksion bronxit virusu, daha sonra insan koronavirusu 229E və OC43 adlandırılan insanların burun boşluqlarında yaranan virus idi.
Xəstəlik törədicisi Coronaviridaye ailəsinə məxsus RNT tərkibli virusdur.
Bu ailənin digər başqa üzvləridə kəşf edilib - 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV, 2019-cu ildə
COVİD-19.
Koronaviruslar 60-ci illərdə baytarlıq tibbində patoloji şərtlər kimi qəbul edildi. Coronovirus infeksiyaları əksər hallarda cavan heyvanlarda tənəffüs orqanlarının zədələnməsi, kəskin mədə-bağırsaq xəstəliklərinə və ishallara səbəb olurlar. Ölüm nisbəti yüksəkdir.
Koronaviruslar ilk növbədə məməlilər və quşların yuxarı tənəffüs və mədə-bağırsaq traktını yoluxdurur. Ayrıca ferma heyvanlarında və ev heyvanlarında bir sıra xəstəliklərə səbəb olur.Toyuqlarda yoluxucu bronxit virusu (IBV) olan koronavirus təkcə tənəffüs yollarını deyil, genitouriya sistemini də hədəf alır. Virus toyuğun müxtəlif orqanlarına yayıla bilər. İqtisadi cəhətdən əhəmiyyətli təsərrüfat heyvanları var ki, onların əksəriyyəti koronavirus daşıyıcısıdır. Bunlar arasında donuz və iribuynuzlu heyvan koronavirusları daxildir ki, bunların hamısı gənc heyvanlarda diareya ilə nəticələnir. Pişik koronavirusu əhəmiyyət kəsb edən bir patogendir, lakin bu virusun kortəbii mutasiyası ölümlə və ya əlaqəli bir xəstəlik olan yoluxucu peritonit (FIP) ilə nəticələnə bilər. Eynilə, ferretləri yoluxduran iki növ koronavirus var: ferret bağırsaq koronavirusu epizootik kataral enterit (ECE) kimi tanınan mədə-bağırsaq sindromuna və virusun daha öldürücü sistem versiyası (pişiklərdə FIP kimi) ferret sistemik koronavirus (FSC) kimi tanınır. Yüngül mədə-bağırsaq xəstəliklərinə səbəb olan və tənəffüs xəstəliyinə səbəb olduğu aşkar olunan iki növ it koronavirusu (CCoV) var. Siçan hepatit virusu (MHV), xüsusilə laboratoriya siçanlarının koloniyaları arasında yüksək ölümlə bir epidemik gəmirici xəstəliyinə səbəb olan bir koronavirusdur.
Sialodakryoadenitis virusu (SDAV), laboratoriya siçovullarının yüksək yoluxucu koronavirusudur ki, bu da insanlar arasında birbaşa təmas və dolayı yolla aerozol ilə ötürülə bilər.
Donuzların kəskin ishal sindromu adlandırılan HKU2 ilə əlaqəli yarasa koronavirusu (SADS-CoV) donuzlarda ishalın yaranmasına səbəb olur.
SARS-CoV kəşf edilməmişdən əvvəl, MHV həm vivo, həm də vitro, həm də molekulyar səviyyədə ən yaxşı tədqiq edilmiş koronavirus olmuşdur. Aparılan tədqiqat araşdırmaları heyvan koronaviruslarının viral patogenezini, xüsusən baytarlıq və zoonotik xəstəliklərlə maraqlanan viroloqlar tərəfindən aşkarlanmasına yönəldilmişdir.
Ev və kənd təsərrüfatı heyvanlarında
Dünyada yeni bir baytarlıq xəstəliyi, donuz epidemik ishal virusu (PED və ya PEDV) ortaya çıxdı. İqtisadi əhəmiyyəti bəlli deyil, ancaq donuz ətində də ölümə səbəb olan koronavirus olduğu düşünülür.
Mənşəyinə görə COVİD-19 zoonoz, yəni ilkin təbii sahibləri vəhşi və kənd təsərrüfatı heyvanları olan xəstəliklərə aiddir. Beləliklə, olduqca mühüm faktı qeyd etmək istərdik: SARS-CoV-2 heç də tənha deyil, onun aqressiv və artıq daha bir neçə qlobal epidemiyaya səbəb olmuş çoxsaylı “qohumları” var.
Çin alimləri tərəfindən keçirilən filogenetik analizinin nəticələri göstərdi ki, SARS-CoV-2 əcdadı yarasalar olmuşdur. Bu virusun sələfi insana Wuhan şəhərin ətraflarında yaşayan təbii sahiblərdən, yarasalardan aralıq sahib (panqolinlər) vasitəsi ilə insana keçmişdir. Cənub-Şərqi Asiyada başqa regionlar üçün ekzotik görünən mətbəxt ənənələri var. Bu regionda yaşayan yerli əhali qidada haram-halal bilmir və hər cür heyvanlardan qida mənbəsi kimi istifadə edir. Çox güman, məhz belə yolla virus mutasiya edərək, Wuhan ekzotik qida bazarında saxlanılan yarasalardan aralıq sahiblərinə (panqolinlərə) — sonralar isə insanlara keçdi.
SARS-Cov-2 və başqa koronaviruslar arasında qarşılıqlı əlaqələr yeni daha dağıdıcı mutasiyaların baş verməsinə gətibib çıxarır və virusun yeni sahiblərin tapılmasını xeyli asanlaşdırır.
Yuxarıda göstərilən fakta baxmayaraq, insandan ev və kənd təsərrüfatı heyvanlara virusun keçməsi təhlükəsi nəticəsində gözlənilməz mutasiyalar baş verə bilər. Bu isə epidemiyanın daha geniş vüsət almasına, təhlükənin artmasına gətirib çıxara bilər.
Bu virusun insandan ev heyvanına (it)-ə yoluxması 03.03.2020 il tarixində QonqKonqda qeydə alınmışdır və Beynəlxalq Epizootik Büro (OİE) tərəfindən bu haqda notifikasiyasında məlumat verilmişdir.
Lakin dəqiq elmi tədqiqatlar aparılmadığından yoluxmuş xəstələr ev və kənd təsərrüfatı heyvanlarından təcrid olunmaqları vacibdir.
Heyvandarlıq və quşçuluq təsərrüfatlarında:
Bütün baytarlıq-sanitariya tədbirlərinə əməl olunmalıdır!
Dezobaryerlərin mütləq şəkildə quraşdırılması!
Heyvanlarla təmasda olan insanların biotəhlükəsizlik qaydalarına əməl etmələri! (qoruyucu maska,geyim və s.)
Ərazi və təsərrüfatların şəxsi baytar həkimlərinin mütəmmadi nəzarəti!
Təsərrüfatda mövcud olan tövlə, onun ətraf ərazilərinin müttəmmadi dezinfeksiya edilməsi və heyvanların cimizdirilməsi!
Dövlət vəsaiti və sahibkarın hesabına aparılan epizootik tədbirlərin (vaksinasiya) plana uyğun aparılmması!
Heyvanların immunitetini yüksəldmək məqsədi ilə zənqin yem rasionu ilə qidalandırması vacibdir!
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru baytarlıq ü.f.d -Sialə Rüstəmova