1. Giriş
PESTİSİDLƏR - bitkiləri zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından kimyəvi tərkibli qoruyucu vasitələrdir. Müvafiq qaydaların pozulması zamanı onların istifadəsi bal arıları da daxil olmaqla, faydalı tozlandırı cı həşəratların zəhərlənmələrinə səbəb olur.
Kimyəvi toksikoz– sahələrin dərmanlanlanması zamanı həşəratların üzərilərinə qonduğu bitkilərə çökən, pestisid zəhərlənmələri ilə bağlı arı ailələrinin xəstəliyi.
Yuvaya gətirilən zəhərlərin təsirindən arılar həyəcanlanır, özəklərdəki sürfələrini atır, güclərini itirirlər. Güclü zəhərlənmə zamanı onlar sahə-çöllərdə, pətəkdə və ya arıxananın ərazisində ölürlər. Yemlərdə pestisidlərin ölümcül miqdarı ilə arıların bal, tozcuq yemələri nəticəsində toksikozun uzun müddətli asimptomatik gedişatı məlumdur. Bu halda ön plana arıların müxtəlif növ dispepsiya vəziyyətinin əlamətləri, nozematoz, çürümə çıxır.
2.Arıların pestisidlərlə zəhərlənməsinin əsas səbəbləri
Pestisidlərin arılar üçün təhlükəlilik dərəcəsi onların forması və tətbiqi metodu ilə şərtləndirilir. Əksər hallarda, onların zəhərlənməsi təşkilati-təsərrüfat səhvləri ilə bağlıdır. Zəhərlənmənin əsas səbəbləri aşağıdakılardır.
2.1. Pestisidlərin istifadə qaydalarının pozulması: dərmanlama işlərinin günorta vaxtı, yaxşı hava şəraitində, arıların balverən bitkilərin üzərinə qonduqları zaman aparılması.
2.2. Kimyəvi dərmanlama üçün nəzərdə tutulmuş sahələri çiçəklənən alaq otlarının basması və ya hazırki vaxtda arıların üzərilərinə qonduqları digər çiçəklənən bitkilərə dərmanlanan kulturaların yaxınlığı (3 - 5 km).
2.3. Arılar üçün açıq-açığına təhlükəli (təsnifata görə) olan preparatların istifadəsi.
2.4. Zəhəri arıların uçuş zonasına, digər bitkilərə və ya arıxananın ərazisinə aparan küləyin sürətinin 5 m/s-dən çox olması zamanı tozlandırma və çiləmə işərinin görülməsi.
2.5. Yaşayiş məntəqələrinin və su təchizatı mənbələrinin yaxınlığında yerləşən sahələrin təyyarədən istifadə etməklə tozlandırma, çiləmə və aerozol üsulu ilə dərmanlanması.
2.6. Entomofil bitkiləri olan sahələrə yaxın toxaclanıb bərkidilməmiş və betonlanmamış meydançalarda işlədiləcək məhlulların hazırlanması.
2.7. Pestisidlərin və mineral gübrələrin primitiv saxlanma yerlərində anbarlara vurulması və ya açıq səma altında sahələrdə saxlanılması.
2.8. Pestisidlərin qarşıdakı istifadəsinin vaxtı, yeri və xarakteri haqda arıçılar tərəfindən gecikmiş məlumatların verilməsi.
2.9. Pətəklərdən arıların uçub çıxmalarının təcrid edilməsi üçün arıxanaların müvafiq avadanlıqlarla kifayət qədər təchiz edilməməsi və ya arı ailələrinin təhlükəsiz yerə daşınmasında qeyri-operativlik.
2.10. Verilmiş pestisidlərin arılar üçün təhlükəli olması, həmçinin yemlərin tərkibinə zəhərli maddələrin kənardan gətirilməsi zamanı qış vaxtı zəhərlənmələrin fəsadları haqda arıçıların pis məlumatlı olmaları.
3. Arıların pestisidlərlə zəhərlənmələrinin profilaktikası
Profilaktik tədbirlər kompleks tədbirlərin yerinə yetirilməsi vasitəsilə kimyəvi toksikozu şərtləndirən səbəblərin (bax bənd 2) aradan qaldırılması ilə nail olunur: təşkilatı, aqrotexniki, onların səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla zonalarda tətbiq edilən, xüsusi tədbirlər.
3.1. Pestisidlərin tətbiqinə dair işlərin planlı şəkildə yerinə yetirilməsi təşkilati tədbirləri qabaqcadan nəzərdə tutur. Onlar təsərrüfatın mütəxəssisləri tərəfindən tərtib edilir. Bitkilərin Mühafizəsi Xidməti onları maraqlı təşkilatlarla ümumiləşdirir və razılaşdıraraq təsdiq edir. Təsdiq edildikdən sonra aqrar sənaye müəssisələrində planları yerli baytarlıq xidmətinin mütəxəssislərinin, arıçılıq üzrə zootexniklərin nəzərinə çatdırır, sonuncular isə arıçıları planlarla tanış edirlər.
3.1.1. Əvvəlcədən, lakin hər biri ayrı-ayrılıqda dərmanlamanın aparılmasının başlanmasına iki gün qalmış vaxtdan az olmayan müddətdə təsərrüfat rəhbərliyi dərmanlamanın yerləri və müddətləri, istifadə edilən preparatlar və onların istifadə metodları haqda əhalini, baytarlıq xidmətini məlumatlandırmağa borcludur.
Rəhbərlik pestisidlərin tətbiq edilməsi yerindən ən azı 7 km radiusda yerləşən arıxanaların arıçılarını arıların mümkün zəhərlənmədən qorunmaları üzrə tədbirlərin görülməsinin zəruriliyi haqda xəbərdar edir.
3.1.2. Kənd təsərrüfatı bitkilərinin dərmanlanması yalnız “Kənd təsərrüfatında tətbiq edilməsi üçün icazə verilmiş zərərvericilərlə, bitki xəstəlikləri və alaq otları ilə kimyəvi və bioloji mübarizə vasitələrinin və bitkilərin böyümə tənzimləyicilərinin siyahısında” tövsiyə edilən preparatlarla həyata keçirilir.
3.1.3. Həyətyanı sahələrdə, bağçılıq təsərrüfatı cəmiyyətlərinin torpaqlarında və kollektiv sahələrdə bitkiləri əhaliyə satış üçün Müvafiq Orqan tərəfindən təsdiq edilmiş pestisidlərlə dərmanlayırlar. Həvəskar bağçıların fərdi sahələrində dərmanlama, həmçinin ciddi plan, təyin edilmiş vaxt üzrə aparılmalı və arı sahibləri bu haqda məlumatlandırılmalıdır.
3.1.4. Pestisidlərlə bütün işlər səhər və axşam saatlarında aparılır. Arıların pətəklərdən çıxmadıqları tutqun, sərin havalarda, dərmanlama işlərinin gündüz aparılmasına yol verilir.
3.1.5. Bal yığımına və tozlandırma üçün arıların daşınması (köçürülməsi) baytarlıq-sanitariya qaydaları və onlara edilmiş əlavələrə riayət etməklə baytarlıq arayişlarının əsasında həyata keçirilir. İctmai və həyətyanı arıxanaların arıçıları təsərrüfatın ərazisində arı ailələrini yalnız rayonun baytarlıq xidmətinin və həmin təsərrüfatın rəhbərliyinin icazəsi ilə yerləşdirirlər. Rayonun hüdudlarından kənara çıxıb getmələri zamanı arıçılar baytarlıq şəhadətnaməsinə (forma № 1), rayon daxilində köçürülmə zamanı – arayışa sahib olmalıdırlar. Köçürülən arıxanaların dövlət meşə fondunun torpaqlarında yerləşdirilməsi zamanı icazəni meşəbəyliyindən və meşə təsərrüfatından almaq lazımdır.
3.1.6. İdarə (təşkilat) mənsubiyyətindən asılı olmayaraq hər bir arıxanada və həvəskar- arıçının arıxanasında rayonun baş baytar həkimi və təsərrüfatın rəhbərliyi (arıxananın sahibi) tərəfindən imzalanmış və heyvan xəstəlikləri ilə mübarizə üzrə rayon (şəhər) stansiyasının möhürü ilə təsdiqlənmiş pasport olmalıdır. Pasport bir qeydiy yat sənədidir. Pasportda aşağıdakılar əks olunmalıdır: arıxananın xarakterisitikası, onun baytarlıq-sanitariya vəziyyəti, epizootik şərait, laboratoriya tədqiqatlarının məlumatları, aparılmış müalicə-profilaktika tədbirlərinin nəticələri. Pasport baş arıçıda və ya arıxananın sahibində saxlanılır və baytar mütəxəssisinin tələbi ilə təqdim edilir.
3.2. Aqrotexniki tədbirlər sisteminə, hər şeydən öncə, pestisidlərin düzgün istifadəsi və saxlanılması daxildir. Bunlara “Kənd təsərrüfatında pestisidlərin saxlanılması, daşınması və istifadəsi zamanı təhlükəsizlik texnikasına dair təlimat”la nəzərdə tutulmuş müvafiq tələblərin yerinə yetirilməsi, pestisidlərin tətbiq edilməsinin təhlükəsizliyi üzrə metodiki göstərişlərlə nail olunur (M .: Agropromizdat, 1985).
3.2.1. Pestisidlər sanitar-gigyenik normalara və təhlükəsizlik texnikası qaydalarına cavab verən standart layilər üzrə inşa edilmiş və ya uyğunlaşdırılmış anbarlarda saxlanılır. Pestisidlərin saxlanıldığı anbarın ərazisi hasarlanır. Pestisidlərin qazmalarda, zirzəmilərdə, podvallarda və yanacaq üçün olan anbarlarda saxlanılmasına yol verilmir.
Bitkilərin qoruyucu vasitələrinin düzgün saxlanılmasına, təsərrüfatlarda və digər kənd təsərrüfatı müəssisələrində pestisidlərin tətbiq edilməsi texnologiyalarının və reqlamentlərinin tələblərinin ciddi qaydada yerinə yetirilməsinə görə məsuliyyət təsərrüfatların və müəssisələrin rəhbərlərinin və aqronomların üzərinə düşür.
3.2.2. Pestisidlərdən istifadə edilərkən əkinçiliyin ümumi mədəniyyət planı üzrə aqromeliorasiya işlərinə riayət edilir. Kimyəvi preparatların qatışıqlarının hazırlandığı torpaq sahələrini işlərin yekununda yenidən şumlayırlar. Pestisid qalıqlarını kənd təsərrüfatında istifadəsi qadağan edilmiş və yararsız pestisidlərin və onların taralarının basdırılmasına hazırlığa dair Müvəqqəti təlimata uyğun olaraq zərərsizləşdirir və məhv edirlər (Ryazan; VNII aqrokimya, 1985).
3.2.3. Torpaq və su mənbələrini çirkləndirən istifadə edilməmiş pestisid məhlullarını sahədə atıb getmək qadağandır.
3.2.4. Entomofil kənd təsərrüfatı bitkilərinin və meşə zolaqlarında yaşıllıqların, dərmanlanan sahələrin ətrafında onların çiçəklənməsi dövründə pestisidlərlə dərmanlanması qəti qadağandır. Dərmanlamaları küləyin sürətinin saniyədə 5 m-dən az olduğu yerüstü az həcmli çiləmə üsulunun tətbiq edilməsilə ciddi surətdə normaya uyğun olaraq yalnız müvafiq göstərişlərin mövcud olduğu təqdirdə aparırlar.
3.2.5. Dərmanlanmış sahənin sərhədində bir işarədən digərinə qədər görünmə dairəsində olan kənd təsərrüfatında kimyəvi dərmanlama vasitələri ilə işləyərkən vahid təhlükəsizlik nişanları qoyulur. Nişanları qoyulmuş karantin müddətlərinin başa çatmasından sonra götürürlər.
3.2.6. Təsərrüfatlarda sahələrin kütləvi dərmanlanması müddətində arılar üçün xüsusi yem bazasının yaradılması vacibdir (qarabaşaq, faseliya, xəşəmbul və pətəkyanı sahələrdə digər balverən bitkilərin əkinləri). Yayındırıcı balverən bitkilərin əkilməsinin təşkil edilməsi.
3.3. Xüsusi tədbirlər. Onların həyata keçirilməsi əsasən arıçıdan və təsərrüfatın rəhbərindən asılıdır. Qarşıdan gələn kimyəvi dərmanlama haqda bildirişi aldıqdan sonra
arıçı onun başlamasına qədər borcludur: arıxananı təhlükəsiz yerə aparmağa, arıların pətəkdən uçub çıxmasının təcrid edilməsinə (köçürülmə olmadan) və ya arı ailələrini qış pətəkxanasına götürüb aparmağa.
3.3.1. Arıların yerində təcrid edilməsi. Pestisidlərin tətbiq edilməsinə bir gün qalmış yuvalardan isitmə materiallarını çıxarırlar, onları boş şanılarla, mağazadan alınmış calama materialları ilə genişləndirir, üzərinə kətan parçasının qoyulduğu köç üçün olan tor ilə bağlayırlar. Pətəkləri üst dam örtükləri ilə bağlayırlar. Axşam uçuşların dayanmasından sonra və ya səhər tezdən uçuşa qədər pətəklərin uçuş bacalarını tam olaraq bağlayırlar, torlardan kətan parçaları götürürlər. Bayırda yüksək hava temperaturunda yuvanın havalandırılmasının yaxşılaşdırılması üçün külək tutmayan tərəfdən pətəklərin üst dam örtüklərini 1,5-2 sm qalınlığında plankalar üzərində azacıq qaldırırlar. Bitkilərin dərmanlanması müddətində uçub gəlmə lövhələrini götürürlər və ya otla örtürlər, isti havada isə otları və ya budaqları həm də pətəklərin üst dam örtüklərinə də qoyurlar. Uzunsürən təcrid etmə zamanı pətəklərin uçuş bacalarını gecə üçün tam olaraq açırlar. Torun əvəzinə yuvaların üzərini, korpusa taxta plankalarla bərkidilmiş iri dəlikli kisəlik parçadan olan kətanla örtmək olar. Suyu kətan parçaları nəmləndirməklə və ya şanılara tökməklə verirlər. Təcrid etmə zamanı arıların suya olan gündəlik tələbatları iki-üç dəfə arta bilər (normaya qarşı).
3.3.2. Toplayıcı-arı ailələrindən seçim. Dərmanlamaya bir-iki gün qalmış pətəkləri arıxana ərazisində başqa yerlərə qoyurlar, boşaldılmış dayaq altlıqlara isə şanılarla və xanada ana arı ilə olan paket yeşikləri və ya pətəkləri yerləşdirirlər. Uçan arıları topladıqdan sonra ana arı sərbəst buraxılır, paketlər və ya pətəkləriiki - üç günlük sərin yerə götürülür. Yuvaları qısaldılan və isidilən əsas ailələrə və paketlərlə olan uçan arılara şəkər siropu verirlər. Paketlər bala törəmələri olmayan qolların formalaşması və digər məqsədlər üçün istifadə olunur.
3.3.3. Arı ailələrinin təcrid olunma müddətləri zəhərlilik dərəcəsindən və bitkilərin üzərində pestisidlərin təsirinin qorunub saxlanması müddətindən asılıdır.
3.3.4. Bitkiləri arserid, bayleton, biosin, əhəng-kükürd həlimi, yaşıl sabun, mineral yağlar, nisoran, yumaq, kolloid və üyüdülmüş kükürd, topsin-M və mineral gübrələrlə dərmanladıqda, əgər bu preparatlar arılar üçün uçuşa görə əlverişli olmayan vaxtlarda istifadə edilirsə, arı ailələrini təcrid etməmək olar.
3.3.5. Aşağıdakıların istifadəsi zamanı arıların uçuşlarını bir sutkalıq təcrid edirlər: akartan, atrazin, bazaqran, betanal; bitoksibasillin, BMK, Bordo mayesi, dalapon,dikofol, dialen, 2,4-D amin duzu, 2,4-D butil efiri, 2,4-D oktil efiri, 2,4-DM, ağır metalların sulfat duzu, il-loksan, kaptan, karatan, kuprozan, lontrel, morestan, morosid, 2M-4X amin və natrium duzları 2M-4XM, 2M-4XP, polikarbasin, polixom, polixlorokamfan, reqlon, treflan, mis xloroksid, sineb, etafos.
3.3.6. İsitfadə edildikdə izolyasiyanın iki və ya daha çox günündən ibarət olan preparatları yalnız az zəhərli pestisidlərin olmaması halında tətbiq etmək tövsiyə olunur, o cümlədən:
akreks, applaul, bazudin, qardonlar, heterofos, dilor, nitrafen, ridopolixoma, ridoxomesin, tiodan, fozalon, ftalofos, sidal (təcrid - iki gün); DDVF, DNOK, karbofos, trixlorometafos - 3, metafos, xlorofos (üç gün); arrivo, lebaysid, fosfamid (dörd gün); antio, sevin (beş gün); heksaxlorsikloheksan (yeddi gün).
3.3.7. Hazırki zonada qəbul edilmiş normalara nisbətən havanın temperaturunun aşağı düşməsi və rütubətliliyin artması zamanı izolyasiya müddətləri 1-2 gün artır. İstixanalarda arı ailələrinin izolyasiyası 2 - 3 gün uzadılır. Bitkilərin detoksifikasiya vaxtı bitdikdən sonra bir-iki ailələrdə uçuş bacaları açılır; əgər 2 - 3 saatlıq uçuş ərzində arılarda toksikoz əlamətləri meydana çıxmırsa, bütün ailələrdəki uçuş bacalarını açırlar.
3.3.8. Arıların təhlükəsiz zonaya daşınması. Pətəkləri pestisidlərin tətbiq edildiyi yerdən ən azı 7 km aralı məsafəyə daşıyırlar. Geriyə köçmə dərmanlanmış balverən bitkilərin çiçəkləmələrinin dayanmasından sonra, lakin dərmanlamanın başa çatdığı 12-14 gündən tez olmayaraq mümkündür.
4. Arıların kimyəvi toksikozunun diaqnostikası
4.1. Zəhərlənmədən zərər çəkmiş arıxananın müayinəsi yerli icra hakimiyyəti orqanları ilə razılaşma əsasında komissiya tərəfindən aparılır. Komissiyanın tərkibinə aşağıdakılar daxildir: baytar həkimi, arıçılıq üzrə rayonun zootexniki, bitkilərin mühafizəsi üzrə aqronom və ya təsərrüfatın aqronomu, arıçı, yerli icra hakimiyyəti orqanının nümayəndəsi. Arıxananın müayinəsində yuxarıda adları çəkilən mütəxəssislərin hamısının iştirak etmələri mümkün olmadıqda komissiya onun işində bir baytar həkiminin (baytar feldşeri), arıçı və icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə səlahiyyətli ola bilər.
4.2. Komissiya, arıların tələf olmalarının doğruluğunu əks etdirən akt tərtib edir; onun
baş verdiyi səbəbləri; dəymiş zərərin miqyasını; götürülmüş və laboratoriyaya göndərilmiş materialların nümunələrinin sayını və növünü; tələf olmanın təxmin edilən səbələrini və təklifləri.
4.3. Arıxananın diaqnostikası
Diaqnozun qoyulması zamanı aşağıdakıları nəzərə alırlar: arıxananın əksər və ya bütün ailələrində arıların anında və eyni vaxtda tələf olmalarını; sahələrin, bağların, meşələrin və digər yerlərin kimyəvi dərmanlamalar ilə vaxtın üst-üstə düşməsi. Zəhərlənmənin əsas əlaməti uçan arıların kütləvi surətdə tələf olmalarıdır. Asta təsir göstərən preparatlardan, əsasən, pətəkdaxili arılar və bala arılar tələf olur. Tez təsir göstərən zəhərlərlə (məsələn, QXSQ, sevin) dərmanladıqda, bir qayda olaraq sahədə uçan arıların əsas hissəsi tələf olur. Hazırki vəziyyətdə zəhərlənmə ailələrin kütləvi surətdə zəifləməsi, yuvalarda böyük fərdlərə nisbətən bala arıların artıq saylarına görə müəyyən edilir.
Nomenklaturaya görə müxtəlif pestisidlərindən arılarda zəhərlənmənin kliniki əlamətləri demək olar ki, eyni dərəcədə təzahür edir. Arılar az hərəkətli hala gəlir, şanılardan yıxılıb düşürlər, çoxlu sayda pətəyin dibində, uçub gəlmə lövhəsində və yerdə sürünürlər, onların qəzəbliliyi artır. Arıların çoxlu sayda getməsi bala arıların tələf olmasına, onların yuvadan atılmasına gətirib çıxarır. Klinik əlamətlər xüsusilə əyani surətdə bitkilər üzərində daha fəal işləyən və buna görə də zəhərlə daha çox təmasda olan güclü ailələrdə daha aydın görünür.
4.4. Baytar mütəxəssisinin nəzarəti altında yekun diaqnozun qoyulması (Əlavə 2) üçün arılardan, arıçılıq məhsullarından, dərmanlanmış bitkilərdən nümunələr götürürlər və baytarlıq və ya digər laboratoriyaya göndərirlər.
4.5. Patoloji material nümunələrinin seçilərək götürülməsi və göndərilməsi.
4.5.1. Laboratoriya müayinəsi üçün pestisidlərlərlə zəhərlənmiş arı ailələrindən olan patoloji material nümunələrinin seçilərək götürülməsini və göndərilməsini təsdiq edilmiş qaydalara uyğun olaraq həyata keçirirlər. Bu qaydalar arıxananın Baytarlıq-sanitariya pasportunda mövcuddur.
4.5.2. Arı ailəsindən aşağıdakı miqdarda orta nümunə seçilərək götürülür: arılar - 400 - 500 əd., təzə toplanmış bal - 200 q., şanıda tozcuq - 50 q. Nümunələr arıxanada xarakterik zəhərlənmə əlamətləri ilə olan 10% ailələrdən götürülür. Bundan başqa, arılar tərəfindən baş çəkilən sahədən, 500-1000 q. yaşıl kütlə miqdarında bitkilərdən nümunə götürmək lazımdır.
4.5.3. Tozcuq və ya bal ilə olan şanıların nümunələrini bir-birindən və yeşiyin divarlarından taxta plankalarla ayıraraq, kağıza bükmədən müvafiq ölçüdə taxta yeşiyə yerləşdirirlər. Ölü arıları təmiz polietilen kisəciyə, çəkilmiş balı isə - qapaqla kip bağlanmış şüşə qaba yerləşdirirlər. Bitkiləri parçadan olan kisədə göndərirlər. Qablaşdırma zamanı qablaşdırma materialının zədələnməsini, nəticədə isə göndərilmə zamanı nümunələrin bir-biriləri ilə təmasda olmalarını və qarışmalarını isitisna etmək lazımdır.
4.5.4. Seçilərək götürülmüş nümunələr möhürlənir, nömrələnir, onların hər birinin üzərinə ailənin nömrəsi qoyulur. Nümunələr ilə birgə baytarlıq laboratoriyasına baytar həkiminin (əlavə) imzası ilə müşaiyət məktubu göndərilir. Arıların zəhərlənməsinə dair komissiya yoxlamasının aktını əlavə edirlər.
4.5.5. Tədqiqat üçün nümunələrin göndərilməsi müddəti materialın seçilərək götürülmə anından bir-iki sutkadan çox olmamalıdır. Laboratoriyaya göndərilmə ilə çətinliklərin olması zamanı nümunələri seçilərək götürülmədən sonra, lakin 5-7 sutkadan çox olmamaqla soyuducuda, zirzəmidə saxlayırlar.
4.6. Arıların pestisidlərlərlə güman edilən zəhərlənməsi faktına görə yekun diaqnozun qoyulması, müvafiq tədbirlərin və təkliflərin işlənib hazırlanması planında bölmə kimi laboratoriya diaqnostikası yerli baytarlıq laboratoriyalarında xüsusi metodikalar üzrə aparılır.
4.7. İstisna hallarda, arıçılıq məhsullarında və ya dərmanlanan obyektlərdə pestisidin və ya digər zəhərli maddənin müəyyən edilməsi metodikasının olmaması səbəbindən, arıların açıq-aşkar zəhərlənmə əlamətləri olduqda laboratoriya diaqnostikasının aparılmasının mümkün olmadığı zaman arıların tələf olmasının güman edilən səbəbi haqda komissiyanın yekun rəyi qəti olaraq qəbul edilir.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru:
Aqrar elmlər üzrə fəlsəfə doktoru Sialə Rüstəmova