Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini bayt.ü.f.d., dosent İ.Hacıyev İnstitutda açılacaq baytarlıq klinikasında fəaliyyət göstərəcək mütəxəssislərə təlimlər keçir.
BETİ-də Baytarlıq Klinikası yaradılmış və yaxın zamanlarda fəaliyyət göstərməyə başlayacaqdır. Institutun əməkdaşları bu klinikada fəallıq göstərəcəklər. Klinikada kənd təsərrüfatı heyvanları və ev heyvanları üzərində diaqnostik, terapevtik, cərrahi müayinələr aparılacaqdır.
Klinikanın fəaliyyətə başlayacağı müddətə kimi İnstitut əməkdaşları ilə görüşlər, təlimlər keçirilir və bu təlimlər direktor müavini bayt.ü.f.d İltifat Hacıyevin rəhbərliyi ilə həyata keçirilir.
Hacıyev İltiffat Müzəffər oğlu uzun müddət (30 il) Rusiyya Federasiyyası Novosibrsk Şəhərində Baytarlıq klinikasında baş həkim kimi fəaliyyət göstərib və bu işdə böyük təcrübəsi var.
Bu təlimlərdə heyvanların ayrı-ayrı xəstəliklərini diaqnostikası, müalucəsi müzakirə olunur və institut əməkdaşları öz təcrübələrini bir-biri ilə bölüşürlər. Təlimlər mütəmada olaraq keçirilir. Təlimlərdə kənd təsərrüfatı heyvanları ilə ev heyvanlarının parazitar, infeksion və yoluxmayan xəstəlikləri müzakirə olunur. Həmçinin bu təlimlərdə müalicə zamanı işlənilən avadanlıqlar, bu avadanlıqlardan istifadə qaydaları və ayrı-ayrı xəstəliklərin müalicə metodları müzakirə olunur.