MEDİA

XƏBƏRLƏR

Antibiotik təsirli bitkilərinin (şənbəllə, amarant) və onların köklərinin quş xəstəliklərinə qarşı müalicə təsirinin öyrənilməsi

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri,aqrar e.ü.f. doktoru M.M.Həsənov və şöbənin əməkdaşlarıQuş xəstəlikləri şöbəsində “Quşların infeksion xəstəliklərinin epizootoloji monitorinqinin aparılması, səmərəli müalicə-profilaktika tədbirlərinin işlənib hazırlanması və tətbiqi” mövzusu üzrə  2021-ci ilin mart  ayı üçün               Tədbirlər planına dair    Antibiotik təsirli bitkilərinin (şənbəllə, amarant) və onların köklərinin quş xəstəliklərinə qarşı    müalicə təsirinin öyrənilməsi haqqında

M ə l u m a t

         Respublikanın fermer  təsərrüfatlarında“Quşçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində yemləmə strategiyalarının hazırlanmasıda innovativ inkişafın dayanıqlı şəkildə təmin etmək bir məqsəd olaraq qarşıya qoyulmuşdur. Həmçinin qüşların rasional düzgün yemləndirilməsi üçün, antibiotik təsirli bitkilərinin(şənbəllə, amarant) və onların köklərinin tətbiqi toyuqların inkişaına müsbət şərait yaradır.                                                                          Quşçuluqda yemləmə düzgün olmadıqda və istifadə edilən yemlər keyfiyyətsiz olduqda bir çox xəstəlik törədicilərinin, o cümlədən salmonellyozun, mikotoksikozların, kolibakteriozun, pasterellyozun və s. xəstəlik törədicilərinin yayılmasına səbəb olur. Bundan əlavə yem vasitəsilə mikoplazmanın, pasterellyozun, infeksion bronxitin və s. xəstəlik törədicilərin yayılması təsdiq edilmişdir. Ona görə də yemlərin qeyd olunan xəstəlik törədicilərinə görə yoxlanması və şənbəllənin, biyan kökünün, amarant dəninin quşların yem payına əlavə edilməsi  çox vacibdir.                                                                                                 Şənbəllənin vətəni Cənub-Şərqi Asiya və Aralıq dənizi sahilləridir. Cənubi və Mərkəzi Avropa ölkələri üçün də rayonlaşdırılmışdır. Hindistanda bəzi qəbilələr bu bitkiyə müqəddəs nemət kimi sitayiş edirlər. Bir çox Avropa ölkələrində yem, qida və dərman bitkisi kimi mədəni növləri geniş ərazilərdə əkilib-becərilir. Ötən əsrin 50-60-cı illərində – ictimai təsərrüfatlar dövründə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yem bitkisi kimi əkilib-becərilir. Şənbəllə xarici görünüşünə görə inkişafının əvvəllərində daha çox yoncaya oxşayır. Dənin mütləq çəkisi 15-20 qramdır. Şənbəllə paxlalılar fəsiləsinə mənsub birillik bitkidir. İstiyə, quraqlığa, soyuğa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Tərkibində 18 faiz protein, 14,87 faiz zülal, 2,16 faiz yağ, 2,41 faiz sellüloz vardır. Quşçuluqda yem kimi, məişətdə qida, təbabətdə dərman bitkisi kimi tətbiq olunur. Şənbəllə bir çox xəstəliklərin, o cümlədən soyuqdəymə, bronxial-astma, ağciyər sətəlcəminin müalicəsində müsbət nəticələr verir.                                                            Biyan kökündən dərman preparatları, ət və balıq məhsullarının konservləşdirilməsində və müalicəvi quş yemlərinin hazırlanmasında istifadə olunur. Biyan kökünün quşçuluqda mikoplazmanın, pasterellyozun, infeksion bronxitin və s. xəstəlik törədicilərin yayılmasının qarşısının alınmasnda da böyük əhəmiyyəti vardır. Belə ki, quşçuluqda biyan kökünün qüvvəli yemlə qarışığından istifadə edilməsi quşların məhsuldarlığına, məhsulun keyfiyyətinə və quşların inkişafına müsbət təsir göstərir.                                                                            Amarant toxumlarının təkribində polidoymamış yağ turşularından eykozapentaen turşusu, dokozaheksaen turşusu və alfalinolen turşuları vardır. Amarant toxumlarında olan linolen turşusu immun sistemi möhkəmləndirir və məhsuldarlığı artırır.Tədqiqatlar göstərmişdir ki, amarant dənin mum yetişkənliyi fazasında  xam proteinin miqdarı 25,1%, süpürgələrin əmələ gəlmə fazasında isə 18,3% təşkil etmişdir. Toxumlarda isə quru maddənin miqdarı 87,6% olduğu müəyyənləşdirilmişdir.  Proteinin ən çox miqdarı bitkinin dənində 23,51%, həmçinin amarant toxumlarının tərkibində olan 19,96% linolen turşusu əzələləri dağıtmağa və piy qatını çoxaltmağa qadir olan kortizol stress hormonunun səviyyəsini azaldır. Nəticədə hüceyrələrə qidalandırıcı maddələrin nəqli yaxşılaşır, bu isə qidalandırıcı maddələrin daha asan mənimsənilməsinə imkan verir, kalsium balansını yaxşılaşdıraraq və sümük toxumasının sıxlığını artırır. Ona görə də  yem rasionun həzməgediciliyini artırmaq üçün amarant dəni üyüdüldükdən sonra qüvvəli yemlə qarışdırılaraq ana toyuqlara verilməsi metodikaya uyğundur.    Təcrübə BETİ-unda yetişdirilən 20 baş  toyuqlar üzərində aparılır. Birinci 20 gündə  toyuqlar təsərrüfat yemi ilə yemləndiriləcək, 21-ci gündən isə qruplar üzrə tərtib edilmiş yem rasionu tətbiq olunacaq.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: