MEDİA

XƏBƏRLƏR

Tut ipəkqurdunun qeyri ənənəvi yemlərlə bəslənməsi


Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Baramaçılıq və ipəkçiliyin dayanıqlı inkişafı üçün tut ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi məqsədilə, elmi əsaslarla qarışıq yemlərin müəyyən edilməsi, istehsalı və tətbiqi” mövzusunda qarışıq yemin müxtəlif növlərinin laboratoriya şəraitində hazırlanması və həmin həblərlə tut ipəkqurdlarının yemləndirilməsi həyata keçirilir. Bu məqsədlə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyasında 18 yanvar 2021-ci il tarixindən növbəti tədqiqatlara start verilmişdir. Belə ki, süni yemlə yanaşı, ipəkqurdların bəslənməsi üçün yaşıl kütlə almaq məqsədi ilə tut toxumları üç üsulla əkilmişdir.


1) Dibçəklərdə açıq şəkildə əkilmiş toxumların üzəri tənziflə örtülmüş.

2) Dibçəklərdə açıq şəkildə əkilmiş toxumların üzəri selofanla bağlanmış (cücərməsini sürətləndirməklə yanaşı parnik effekti yaratmaq məqsədi ilə).

3) Yalnız təmiz torpaq istifadə edilmiş dibçəklərdə.

1 mart 2021-ci il tarixində tut ipəkqurdu qrenaları oyanması üçün inkubasiya olunaraq 10 mart tarixində tırtılların ilk çıxışı müşahidə edilmişdir. Həmin tarixdən etibarən yeni oyanmış ipəkqurdlarının qeyri-ənənəvi yemlərlə bəslənməsi tədqiqatları davam etdirmək üçün üç qrupa bölündü; Birinci qrup - yalnız becərilmiş yaşıl kütlə ilə yemləndirilir. İkinci qrup – qeyri-ənənəvi üsulla laborator şəraitdə hazırlanmış “süni yem 1-ci resept” tərkibi ilə yemləndirilir. Üçüncü qrup - “suni yem 2-ci resept” tərkibi ilə yemləndirilir. Tut ipəkqurdlarının, müxtəlif reseptlərlə hazırlanan (1-ci resept, 2-ci resept) qarışıq yemlə və parnik üsulu ilə yetişdirilmiş tut toxumu şitilindən alınmış yaşıl yarpaqla yemləndirilməsi davam edir. Təcrübələrin ipəkqurdlarının son yaşa kimi yetişdirilməsi və keyfiyyətli baramanın əldə olunması istiqamətində davam etdirilməsi məqsədi qarşıda durur. Tut ipəkqurdu cinslərinin araşdırılması və qarışıq yemə daha tez adaptasiya olunanların aşkar edilməsi də tədqiqatın qarşısında duran başlıca məsələlərdəndir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: