Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Parazitologiya şöbəsinin müdiri, biol.ü.f.d., dosent Aygün Əzizova
MALLOFAQOZ
Quşçuluq təsərüfatlarında ciddi problemlərdən biri də ektoparazitlərin – bit, birə və gənələrin toyuqların dərisinə nüfuz edərək zərər verməsidir. Quşlar üzərində aşkar edilmiş parazit Həşəratlar sinfi, Birələr dəstəsi, Tükyeyənlər fəsiləsinə aid olan Meoapon gallinae növüdür.
Birələrin quşlarda parazitlik etməsi mallofaqoz adlanır. Həşəratların 40 növü vardır ki, lələk və tüklə, onlardan bəziləri isə qanla qidalanır. Bir quşda bir neçə növ birələr eyni vaxtda parazitlik edə bilir. Lələkdən və aşağıdan yeyən, bəzi hissəsi qanla qidalanan 40-dan çox artropod növü var. Bitlərin bir neçə növü bəzən eyni vaxtda bir quşda yaşayır. Tükyeyənlərin təhlükəsi ondan ibarətdir ki, onlar infeksion (brusellyoz, salmonelloz, tripanosomoz, mikoplazmoz, ensefalit) və helmintoz xəstəliklərin daşıyıcılarıdır. Belə quşların əti insan üçün təhlükəlidir.
Vəhşi quşlar – qarğa, göyərçin, sərçələr xəstəliyin əsas mənbəyidir. 1-5 mm ölçüdə olan bu birələr insan gözü ilə görsənməyə bilir və çoxalaraq sağlam quşları da yoluxdurur. Bütün həyat dövrləri quşların üzərində keçir. Lələklərin üzərinə qoyduğu yumurtalar 4-7 gün ərzində inkişaf edərək yetkin mərhələyə 3-4 həftəyə çatır.
Quşların üzərində birələrin olması mallofaqoz diaqnozunu təsdiqləyir.
Əsas simptomlar:
• yoluxmuş toyuq narahat olur, tez-tez tüklərini dimdikləyir;
• toyuqlarda birələrin uzun müddətli parazitizmi ilə əlaqədar bəzi lələklər itir, dəri sahələri açıq qalır;
• xəstə quşlar çəki itirir və yumurta istehsalı azalır (orta hesabla 11%);
• adekvat müalicə olmadıqda, toyuqların lələk yeməsi ölümünə səbəb olur.
TOYUQ GƏNƏSİ - Dermanyssus gallinae növü Hörümçəkkimilər sinfi,
Mesostigmata dəstəsi, Dermanyssidae fəsiləsi, Dermanyssus cinsinə aid olub, qansoran qamaz gənələridir.
Qamasid gənəsi Dermanyssus gallinae, qan sormadığı halda 0,75 mm uzunluğa qədər kiçik və çox hərəkətli ektoparazitdir. Ac gənələr açıq sarı rəngə malikdir; qan sorduqdan sonra qırmızı, daha sonra isə bənövşəyi-qəhvəyi olur. Qanla qidalandıqdan sonra dişi gənəsi 2-20 yumurta qoyur. Yumurtaların inkişafı üçün 25°C-yə qədər optimal temperatur lazımdır. Toyuq gənəsi ev və vəhşi quşların (daha az heyvan və insan) parazitidir, təhlükəli infeksion xəstəliklərin- borellioz, ornitoz, vəba, quş taunu, infeksion anemiyanın daşıyıcısıdır.
Gənə yalnız dəridə deyil, həm də quşun qırtlaq və traxeyasında parazitlik edir, bu da öskürəyə səbəb olur. Kütləvi çoxalma zamanı parazitlər burun boşluğuna nüfuz edərək, traxeya və qırtlaq tıxanmasına səbəb olur.
Beləliklə, toyuqlarda qeyri-adi bir davranışlar müşahidə edilir:
• Quşlar başlarını yelləyir və davamlı olaraq bədənlərini dimdikləyirlər;
• Qırtlaq və traxeyada lokalizasiya etdikdə boğulma, öskürək əlamətləri biruzə verir;
• Axşamlar toyuqlar yuvalarına qayıtmaqdan imtina edirlər;
Mübarizə tədbirləri toyuqlara kimyəvi preparatların daxilə təyinindən və təsərrüfat ərazisinin dezinfeksiya, dezakarizasiya edilərək ektoparazitlərin məhv edilməsindən ibarətdir.
Müalicə məqsədlə bütün birə və gənələrin məhv edilməsi üçün toyuqlara Kepromec 1%-1 q 1 litr suya əlavə edilib həll edilərək 48 saat içmə suyunda verilməlidir. Preparat nəinki dəridə olan bit, birə, gənələri , eləcə də dərialtı gənələri də tamamilə məhv edir.
Opigal-5 – toz şəklində olub, toyuqların üzərinə səpilir ki, orada olan birə və gənələr 1-2 sutka ərzində məhv olaraq tökülür. Toyuqların ətini 10 gün ərzində istifadə etmək olmaz.
Komodor 25% - (Thiamethoxam, (Z)- 9 Tricosene) heyvan və quşların saxlanıldığı tövlə və gəzinti sahələrinin dezinfeksiyasında istifadə olunur. 100 q preparat 4 l suda həll edilərək, açıq və qapalı sahələrə hər m2-ə 40 ml çiləmə üsulu ilə tətbiq edilir.
Cypernext 25 EC preparatı 15 % sipermetrin (öldürücü), 2 % tetrametrin (qovucu) maddələr qarışığından ibarət olub, bütün növ həşəratları, o cümlədən gənələri tamamilə məhv edib 100 %-lik nəticə göstərir. Milçək və mozalanlara qarşı 1l preparat 37 l suda həll edilərək hər hektara 0,5 l çiləmə üsulu ilə tətbiq edilir. Bit, birə, gənə və digər həşəratlara qarşı 1l preparat 74 l suda həll edilərək hər hektara 0,5 l çiləmə üsulu ilə tətbiq edilir
Diazinon C- Dimpilate tərkibli olub, sarı və ya sarı-qəhvəyi rəngli mayedir. Gənə, bit, birə və digər ektoparazitləri məhv etmək üçün təsərrüfatlarda istifadə olunur.
Preparatların tətbiqindən 7-8 saat sonra havalandırma aparıldıqdan sonra quşların içəri daxil olmasına icazə verilməlidir.