XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr edilmiş tədbir keçirildi

19 yanvar 2024-cü il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr edilmiş tədbir  keçirildi.

Tədbiri giriş sözü ilə İnstitutun direktoru, aqrar e..ü.f.d., dosent. Sialə Rüstəmova açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sialə xanım çıxışına davam edərək  xalqımızın mərdlik səlnaməsinə çevrilmiş o hadisəyə münasibət bildirdi. O, 20 Yanvar faciəsinin səbəblərindən, erməni fitnəsi ilə Azərbaycana qarşı törədilən qırğından, Azərbaycan övladlarının igidliyindən, xalqın bu hadisəni heç vaxt unutmamasından və şəhidləri daim yad etməsindən bəhs etdi. O, Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar şəhidlərinin müstəsna rol oynadığını, bu günün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğuladı.

İnstitutun əməkdaşları şöbə müdiri Eldar Kosayev, elmi işçi Nurəddin Quliyev və digər əməkdaşları da 20 Yanvar faciəsindən ürək ağrısı ilə danışdılar. Sonda İnformasiya şöbəsinin hazırladığı video çarx nümayiş etdrildi

Allah şəhidlərimizə rəhmət eləsin!

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: