XƏBƏRLƏR

Parazitologiya şöbəsinin əməkdaşları Yaşma qəsəbəsində qızdırma xəstəliklərinə görə monitorinq keçirdilər

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri Aygün Əzizova, şöbənin baş elmi işçisi Mahir Nəsibov, böyük elmi işçi Gülər Məmmədova Yaşma qəsəbəsində yerləşən qan-parazitar xəstəliklərinə görə qeyri-sağlam iribuynuzlulardan ibarət heyvandarlıq təsərrüfatında monitorinq keçirmişlər. Tələf olmuş heyvanların daxili orqanları patoloji-anatomik yarma müayinəsindən keçirilmiş, heyvanların  piroplazmozdan tələf olması təsdiq olunmuşdur. Digər qızdırmalı heyvanlara kliniki baxış keçirilmiş, heyvanlardan periferik qan yaxma nümunələri götürülmüşdür. Nümunələr Parazitologiya laboratoriyasında müayinə olunmuş, iribuynuzlularda assosiativ formada piroplazmoz, anaplazmoz, fransaielloz və teylerioz qan-parazitar xəstəlikləri diaqnozu qoyulmuşdur. Təsərrüfat sahibinə mövcud problemləri həll etmək üçün təklif və tövsiyələr, müalicə sxemi təqdim olunmuşdur

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: