XƏBƏRLƏR

Parazitologiya şöbəsinin əməkdaşları xırdabuynuzlularda qızdırma xəstəlikləri -“risklər və önləyici tədbirlər” fermerlərə kömək məqsədilə Xaçmaz rayonu Xuray kəndində keçi təsərrüfatında monitorinq keçirmişlər

11 iyul 2024-cü il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri Aygün Əzizova, şöbənin baş elmi işçisi Mahir Nəsibov, böyük elmi işçi Gülər Məmmədova Xaçmaz rayonu Xuray kəndində yetişdirilən keçi təsərrüfatında qan-parazitar xəstəliklərinə görə monitorinq keçirmişlər. Təsərrüfatda qızdırmadan tələf olmuş çəpişlərin patoloji-anatomik yarma müayinələri aparılmış, digər diri xəstəliyə şübhəli heyvanlardan periferik qan yaxma nümunələri götürülmüşdür. Təsərrüfatda qızdırma xəstəliklərinin mütəmadi müşahidə edilməsini nəzərə alıb heyvanların otarıldığı otlaqlarda piroplazmidlərin aralıq sahibləri olan gənələrin intensivlik səviyyəsini dəyərləndirmək üçün torpaq nümunələri götürülmüşdür. Həmçinin, heyvanların üzərində parazitlik edən gənələrin və onların daşıdıqları törədicilərin növ təkibini təyin etmək üçün gənələr toplanılmışdır. Qızdırmalı heyvanlarda helmintoz və ibtidai bağırsaq parazitlərinin törətdiyi eymerioz xəstəliyini və assosiativ invaziyanı müəyyən etmək üçün koproloji nümunələr götürülmüşdür. Parazitologiya şöbəsində aparılmış müayinə işlərinin nəticələrinə görə heyvanlarda büruzə verən qan-parazitar xəstəliyinin babezioz olduğu təsdiqlənmişdir. Keçilərdə endoparazitlərdən tənəffüs yolları və mədə-bağırsaq strongilyatları ilə intensiv, ibtidai bağırsaq parazitləri ilə qeyri-intensiv yoluxma müəyyən edildi. Təsərrüfat sahibinə babezioza və nematodozlara qarşı  müalicə sxemi və profilaktik tədbirlərə dair tövsiyələr verildi.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: