Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalı davam edir. Növbəti belə bir festival Daşkəsən rayonu Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilib. Festivalda dövlət qrumları və ətraf rayonlardan olan fermerlər iştirak ediblər.
Festivalda tədbirə qatılmış dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimə dost texnika və texnologiyalar və onlardan istifadə qaydaları barədə məlumat veriblər. Müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda həmçinin alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları sərgilənib.
Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitutumuzun stendində “Atların yoluxmayan xəstəlikləri və yetişdirilməsi gigiyenası”, “İnəklərin cinsiyyət orqanlarının xəstəlikləri”, “Qoyunçuluqda yoluxmayan xəstəliklərə qarşı baytarlıq-sanitariya xidməti”, “Quşlаrın invazion хəstəlikləri”, “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti” adlı kitablar, “İri buynuzlu heyvanların dırnaq (Dermetit) xəstəliyinə qarşı müalicə-profilaktika”, “İnəklərdə metrit xəstəlikləri və onların mülicə -profilaktikası”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, “Quşçuluqda infeksiyadan qorunmanın innovativ yolları”, “Arıçılığın innovativ inkişafı və arı xəstəlikləri”, “Kənd Təsərrüfatı heyvanlarında moniezioz”, “Xırdabuynuzluların babeziozuna qarşı innovativ mübarizə tədbirləri”, “Xırdabuynuzlularda dikroselioza qarşı innovativ müalicə” adlı tövsiyələr, “Camışların pasterellyozuna qarşı yeni mübarizə tədbirləri” “Donuzların reproduksiya proseslərinin idarə edilməsinin biotexnoloji metodları”, adlı monoqrafiyalar, “Xırdabuynuzlu heyvanlarda babezioz”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri”, “Ev su quşlarının qanquleterakidozuna qarşı mübarizə tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında paramfistomatoz”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “İnəklərdə doğum parezi”, “Qoyunlarda endemik anemiya və onun müalicə-profilaktikası”, “İribuynuzlu heyvanlarda fransaielloz”, “Buzovların kriptosporidiozu və ona qarşı mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda dermatit və onun müalicə-profilaktikası”, “Kənd təsərrüfatı heyvanlarında avitellinoz”, “Kənd təsərrüfatı heyvanlarında dikroselioz”, “Kənd təsərrüfatı heyvanlarında fassiolyoz”, “Quduzluq təhlükəsi və onun profilaktikası” adlı bukletlər, “Toyuq yumurtasından poliklonal anticisimlərin alınması”, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydaları”, “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikası”na dair təlimatlar və “Baramaçılığın inkişafı” adlı məlumat kitabçası nümayiş etdirilib.
Həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyini iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitə edici serum nümayiş etdirilib.