XƏBƏRLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Qlobal İqlim Dəyişkənliyinin heyvandarlığın inkişafına və xəstəliklərin yayılmasına təsiri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

17-18 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Qlobal İqlim Dəyişkənliyinin heyvandarlığın inkişafına və  xəstəliklərin yayılmasına  təsiri” mövzusunda  beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda xarici ölkələrdən və respublikamızdan alimlər, mütəxəssislər və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri iştirak etmişlər.

Konfransı giriş sözü ilə institutun direktoru Sialə Rüstəmova açaraq qonaqları və konfrans iştirakçılarını salamladı, dövlət himni səsləndi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Sialə xanım Rüstəmova “İqlim Dəyişmələri insanların və heyvanların həyat tərzinə göstərdiyi təsir”   mövzusunda  çıxış edərək iqlim dəyişmələri, onun müasir dünyamızdakı müxtəlif ölkələrin inkişaf xəttinə, qlobal iqtisadiyyatın təkamülünə, habelə iqlim dəyişikliklərinin   insan və heyvan sağlamlığına mənfi təsiri  barədə məlumat verdi.                

Konfransda Kənd Təsərrüfatı Nazirliyinin  “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Bayandur Rzayev, ETN Zoologiya İnstitutunun direktoru Ələddin Eyvazov, Bakıda Rus evinin rəhbəri İrek Xayandaroviç Zinnurov, AQTA Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev, Rusiya İnsan Resursları Akademiyasının Aqrar-Sənaye Kompleksi üzrə Kənd Təsərrüfatı Biotexnologiyaları kafedrasının müdiri, Baytarlıq kafedrasının professoru Kontsevaya Svetlana Yuriyevna, N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Akademiyasının radiologiya, terapiya və klinik diaqnostika kafedrasının professoru Əlizadə Həsənov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və digər qonaqlar iştirak etdilər. Kənd Təsərrüfatı Nazirliyi  Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev çıxış edərək bildirdi ki, qlobal iqlim dəyişikliyi heyvandarlıq sahəsinə də öz təsirini göstərməyə başlayıb. Bu təsirlərin azaldılması və uyğunlaşdırılması hazırda qarşımızda duran əsas vəzifələrdən biridir.                                          

Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının baytarlıq sahəsinə olan mənfi təsirlərinin azaldılmasının, iqlim dəyişmələri ilə mübarizə aparılmasının, onun təsirlərinin yumşaldılması üçün tədbirlər həyata keçirilməsinin və zəruri addımlar atılmasının gündəmdə olmasını zəruri hesab edilməsidir.  Bundan başqa, institututmuz ilə müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələr arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi tədqiqat layihələrin müzakirəsi də konfransın keçirilməsində prioritet məsələlərdən biri olmuşdur.

Konfransda S.K.Yuriyevna  “Heyvandarlıqda antibiotiklərin istifadəsini azaltmaq üçün proqramda bərpaedici dərman məhsullarının tətbiqi”, Ə.S.Həsənov "Ferorsel" preparatının hind toyuqlarının məhsuldarlığının keyfiyyətinə təsiri”, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini İ.M.Hacıyev  “Quşların Y sinif anticisimlərinin heyvanların infeksion xəstəliklərinə qarşı mübarizə sisteminə yeridilməsinin ekoloji və ekonomiki aspektləri” movzularında çıxış etdilər.  Daha sonra Rusiya alimlərindən biol.e.d., professor A.M.Yermakov, bayt.ü.f.d., professor T.V.Kurmakayeva və bayt.ü.f.d, dosent V.S.Bıçkovun təqdimatları nümayiş etdirildi.

18 sentyabr 2024-cü il tarixində də konfrans plenar iclaslarda öz işini davam etdirir.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: