XƏBƏRLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki-təcrübə dərsləri keçirilir

16 sentyabr 2024-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Baytarlıq” fakültəsinin “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan V kurs tələbələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki - təcrübə dərslərinə başlayıb. 

Tələbələr İnstitutun bütün laboratoriyaları ilə yaxından tanış olublar. İlkin təcrübəyə tələbələr institutun "Quş xəstəlikləri şöbəsi" laboratoriyasından başlayıblar.    

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, istehsalat təcrübəsinin rəhbəri aqrar.e.ü.f.d., dosent  Mirzəmməd Murtuz oğlu Həsənov tələbələrə  innovativ texnologiyaların tətbiqi olaraq fittobiotik təsirli bitkilərin müxtəlif infeksion xəstəliklərinə qarşı müalicə-profilaktika üsulları, quşlarda kliniki müayinələr, patanatomik yarmanın aparılmasına dair  elmi-praktiki təcrübə dərsləri keçib.

Tələbələrə hal-hazırda da İnstitutun  Arı və balıq xəstəlikləri, Baytarlıq Klinikası və heyvanların infeksion yoluxucu xəstəlikləri, Yoluxmayan daxili xəstəliklər, Parazitologiya, Quş xəstəlikləri, Virusologiya və  Baytarlıq preparatlarının istehsalı və nəzarəti şöbələrində 2024-2025-ci tədris illərinə uyğun olaraq kliniki-təcrübə dərslərinin keçirilməsinə davam edilir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: