Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 11.11.2024-cü il taixində Bakıda fəaliyyətə başlamışdır.
11-22 noyabr 2024-cü il tarixlərində Bakı Stadionunda keçirilən COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Azərbaycan Respublikası ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalamış və hal-hazırda da Azərbaycan layiqincə bu tədbirə ev sahibliyi etməyə davam edir.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunmuşdur. Dünya Liderləri həmin tarixlərdə Azərbaycana gəlmiş və Azərbaycan rəhbərliyinin təşkilatçılıq bacarığını, qonaqpərvərliyini və peşəkarlığını yüksək qiymətləndirmiş, Cənab Prezidentimiz İlham Əliyevi sammitin uğurla təşkil edilməsi münasibəti ilə təbrik etmişlər.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.
COP29 qlobal iqlim gündəliyini əhatə edən müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir, rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir.
COP29 çərçivəsində təşkil olunan “Yaşıl zona”da Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu da fəaliyə başlamışdır. Bu stendində Nazirliyin dəstəklədiyi bir sıra yerli və beynəlxalq startap müsabiqə və hakatonlarının qalibləri olan aqrar startapçıların iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyalarının, nəmlik qoruyucu innovativ yeniliklərinin və ağıllı həllərinin nümayişi həyata keçirilir, elmi-tədqiqat institutlarının müxtəlif nəaliyyətləri nümayiş etdirilir. Tədbir boyunca yerli və xarici qonaqlar stend və aqrar startaplarla yaxından tanış olurlar.
Tədbirdə 21 noyabr 2024-cü il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak etmiş və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və A, O, Asiya 1, SAT3 dabaq xəstəliyi virus ştammlarına qarşı IgY sinif antitelləri nümayiş etdirilmişdir.