Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Parazitologiya şöbəsinin aparıcı elmi işçisi, biol.ü.f.d. Mehdi Əli və elmi işçi Məltəm Qasımova Avropa İttifaqının BTSF (Better Training for Safe Food) Akademiyası tərəfindən baytarlıq sahəsində təşkil olunmuş təlimdə iştirak etmişlər. Təlim Türkiyənin Ankara şəhərində 3-7 fevral 2025-ci il tarixlərində keçirilmişdir.
Sessiyalar zamanı araşdırılan əsas mövzular aşağıdakılar idi:
heyvanların sağlamlığı, xəstəliklər haqqında doğru məlumatın əldə edilməsi və onlara nəzarət, biotəhlükəsizlik, fövqəladə halların planlaşdırılması, epidemiyalara qarşı mübarizə tədbirləri, peyvəndləmə kampaniyaların həyata keçirilməsi, heyvanların təhlükəsiz daşınması prinsipləri ilə bağlı Avropa İttifaqının qanunvericilik bazası.
Bu mövzuları ətraflı təsvir etmək üçün Yüksək Patogenli Quş Qripi (QPQQ — HPAI), qoyun (QÇ — SPP) və keçi çiçəyi (KÇ — GTP), iri və kiçik buynuzlu heyvanlarda Ayaq və Ağız Xəstəlikləri (AAX — FMD) təhlükəli infeksiyalar barəsində məlumatlar nümunə kimi istifadə edilmişdir.
Təlimin sonunda iştirakçılara BTSF-nin sertifikatı təqdim edilmişdir.