XƏBƏRLƏR

Növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda təşkil edilib

04.04.2025-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda təşkil edilib.

Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş tutan festivalda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər, dövlət qurumlarının nümayəndələri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər iştirak ediblər.

Tədbir iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb, eyni zamanda müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar.

Festivalın rəsmi açılış hissəsində çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə aqrar sektorun inkişafının region üçün strateji əhəmiyyət daşıdığını və belə festivalların fermerlərin maarifləndirilməsi, yeni texnologiyalarla tanış olması baxımından mühüm rol oynadığını vurğulayıb.

Millət vəkili Sahib Alıyev öz çıxışında ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyindən bəhs edərək, kənd təsərrüfatının innovativ yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Millət vəkili Məzahir Əfəndiyev festivalda çıxış edərək fermerlərin maliyyə və kredit mənbələrinə çıxış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb, belə festivalların aqrar sahə üzrə sahibkarlıq fəaliyyətinin inkişafına müsbət təsir etdiyini deyib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, Aqrar Biznes Festivalları yeni texnologiya və məhsulların nümayişi ilə bərabər həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. O bildirib ki, bu festivallar vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.

Rəsmi açılış tədbirində çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş məsləhətçisi Fərid Vəlizadə fermerlər arasında birgə layihələrin təşviqi, müasir texnologiyaların təsərrüfatlara inteqrasiyası və aqrar məhsulların yerli və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması üçün belə festivalların mühüm platforma rolunu oynadığını qeyd edib.

Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları festival ərazisində qurulan stendləri ziyarət ediblər.

Festivalda iştirak edən dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun göstərdikləri xidmətləri, aqrar sahədə ixtisaslaşmış şirkətlər isə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, toxum və ting çeşidləri, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları, eləcə də digər innovativ həlləri nümayiş etdiriblər.

Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY”  burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.

 

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: